1994-dən 2026-ya: Azərbaycanın Enerji Müstəqilliyi Yolu
Azərbaycan Prezidenti İlham Əliyev Bakı Enerji Həftəsindəki çıxışında 1994-cü ildə atılan tarixi addımdan – "Əsrin Müqaviləsi"ndən bu günə qədər keçilən yolu icmal etdi. Dövlət başçısı bildirdi ki, 1994-cü ildə Azərbaycan Xəzərin ehtiyatlarını beynəlxalq neft şirkətlərinə açan ilk ölkə oldu. O vaxt bu addım böyük cəsarət tələb edirdi.
Lakin o qərar bu gün ölkənin enerji müstəqilliyinin bünövrəsini təşkil edir. 1994-cü il müqaviləsindən sonra atılan ardıcıl strateji addımlar – BTC kəməri, Cənub Qaz Dəhlizi, bərpaolunan enerji layihələri – hamısı Azərbaycanın enerji müstəqilliyini möhkəmləndirdi. Artıq ölkə enerji ixrac edirdi, indi özü xarici bazarlara investisiya yatırır.
Prezident İlham Əliyev bu dövrü xarakterizə edərək bildirdi ki, istər sosial, iqtisadi, hərbi, istərsə xarici siyasət olsun, bütün bunlar enerji sərvətlərindən düzgün istifadənin nəticəsidir. Enerji müstəqilliyi anlayışı sadəcə enerjini özünüz istehsal etmək deyil. O, həm də enerji ixracı kanallarına nəzarəti əldə saxlamaq, diversifikasiya etmək, yeni bazarlara çıxmaqdır. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan bu müstəqilliyi hər üç baxımdan əldə etmişdir. Bu gün ölkəmiz 16 ölkəyə qaz satır, öz fondlarından 18 dəfə az xarici borcu var..
YAP Nizami rayon təşkilatının Analitik qrupu