Azərbaycan 2032-ci ilə kimi 8 giqavat bərpaolunan enerji gücünə çatacaq
Bakı Enerji Həftəsinin rəsmi açılışında Prezident İlham Əliyev dünya enerji bazarındakı mühüm tendensiyaları qeyd etdi.
SOCAR bu gün Yaxın Şərq, Afrika və Mərkəzi Asiyaya investisiya yatırır. Otuz il əvvəl investorları cəlb edən Azərbaycan indi özü xaricdə investisiya edən ölkəyə çevrilib.
Bakı-Tbilisi-Ceyhan neft kəməri Xəzəri Aralıq dənizi ilə ilk dəfə birləşdirdi. Bakı-Supsa kəməri isə Xəzəri Qara dənizlə bağladı. Bu infrastruktur layihələri regionun enerji xəritəsini tamamilə dəyişdirdi.
2032-ci ilin sonuna kimi Azərbaycanın Günəş və külək enerjisi gücü 8 giqavata çatacaq. Qarabağ və Şərqi Zəngəzurda artıq 300 meqavatdan çox hidroenerji gücü istifadəyə verilib.
Enerji ixracından əldə olunan vəsaitlər hərbi sahəyə, infrastruktura və diplomatiyaya yatırılıb. Bu üç istiqamət Azərbaycanın 44 günlük müharibədə qələbəsinin təməlini qoyub.
Bakı Enerji Həftəsi beynəlxalq enerji dialoqunda mühüm platformaya çevrilib. Azərbaycanın bu platformada oynadığı aparıcı rol ölkənin regional liderlik mövqeyini möhkəmləndirir.
Sevinc Hüseynova
YAP Nizami rayon təşkilatının fəalı