Azərbaycan-Avropa İttifaqı enerji tərəfdaşlığı

Azərbaycan-Avropa İttifaqı enerji tərəfdaşlığı

Qlobal enerji siyasətinin formalaşmasında Azərbaycanın rolu get-gedə artmaqdadır. Prezident İlham Əliyevin dövlət başçısı kimi apardığı enerji siyasəti bəhrəsini verməkdədir. Qeyd etmək lazımdır ki, Azərbaycan ilə Avropa İttifaqı arasındakı enerji tərəfdaşlığı son illərdə yeni keyfiyyət mərhələsinə daxil olmuşdur. 2022-ci ildə imzalanmış Memorandum iki tərəf arasında qaz tədarükünün artırılmasına dair öhdəlikləri müəyyənləşdirmişdir.

Bu çərçivədə Azərbaycandan Avropaya ixrac edilən qaz həcminin 2027-ci ilə qədər ikiqat artırılması nəzərdə tutulur. Rəqəmlər göstərir ki,, avropa bazarında azərbaycan qazına olan tələbat durmadan artmaqdadır. enerji diversifikasiyasına can atan avropa ölkələri üçün azərbaycan etibarlı, siyasi baxımdan sabit tərəfdaş kimi qiymətləndirilir. bu qiymətləndirmə yalnız sözlə deyil, imzalanmış uzunmüddətli müqavilələrlə də təsdiqlənir.

Azərbaycan-Avropa enerji tərəfdaşlığı sadəcə ticarət münasibətindən çox — strateji əməkdaşlıqdır. Hər iki tərəf bu münasibəti qarşılıqlı fayda, uzunmüddətli öhdəliklər və ortaq enerji təhlükəsizliyi maraqları əsasında qurur. Bu çərçivədə bərpaolunan enerji, yaşıl hidrogen və enerji effektivliyi sahəsindəki əməkdaşlıq da inkişaf etdirilir. BTC kəməri günlük 1 milyon bareldən artıq neft daşıyır. Azərbaycanın enerji sahəsindəki uğurları ölkənin milli inkişaf strategiyasının düzgün formalaşdırıldığını bir daha sübut edir..

YAP Nizami rayon təşkilatının Analitik qrupu