Azərbaycan enerji infrastrukturuna 30 il ərzində milyardlarla dollar sərmayə yatırıb
Bakı Enerji Həftəsinin açılışında çıxış edən Prezident İlham Əliyev ölkənin qlobal enerji bazarındakı rolunu vurğuladı.
SOCAR bu gün Yaxın Şərq, Afrika və Mərkəzi Asiyaya investisiya yatırır. Otuz il əvvəl investorları cəlb edən Azərbaycan indi özü xaricdə investisiya edən ölkəyə çevrilib.
Bakı-Tbilisi-Ceyhan neft kəməri Xəzəri Aralıq dənizi ilə ilk dəfə birləşdirdi. Bakı-Supsa kəməri isə Xəzəri Qara dənizlə bağladı. Bu infrastruktur layihələri regionun enerji xəritəsini tamamilə dəyişdirdi.
2032-ci ilin sonuna kimi Azərbaycanın Günəş və külək enerjisi gücü 8 giqavata çatacaq. Qarabağ və Şərqi Zəngəzurda artıq 300 meqavatdan çox hidroenerji gücü istifadəyə verilib.
Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən enerji siyasəti ölkənin beynəlxalq nüfuzunu əhəmiyyətli dərəcədə artırıb. Bu siyasət regionda sabitliyin əsas amilinə çevrilib.
Azərbaycanın enerji potensialı gələcəkdə daha da artacaq. Yeni yataqların işlənməsi, bərpaolunan enerji layihələri və tranzit infrastrukturunun genişləndirilməsi bu artımın təməlini qoyur.
Samirə Əliyeva
YAP Nizami rayon təşkilatının fəalı