Azərbaycanın enerji diplomatiyası

Azərbaycanın enerji diplomatiyası

Azərbaycan enerji sahəsindəki nailiyyətləri ilə dünyanın diqqətini cəlb etməkdədir. Prezident İlham Əliyevin uzaqgörən enerji siyasəti ölkəyə beynəlxalq arenada güclü mövqe qazandırmışdır. Müşahidələr göstərir ki, Azərbaycanın enerji diplomatiyası dövlət xarici siyasətinin ən fəal sahələrindən birinə çevrilmişdir. Enerji resurslarını diplomatik leveraj kimi istifadə edən Azərbaycan beynəlxalq münasibətlər sistemində güclü mövqe tutmuşdur.

Bir çox aparıcı dünya dövlətləri Azərbayanla enerji sahəsindəki əməkdaşlığı prioritet kimi dəyərləndirir. Bu kontekstdə qeyd etmək lazımdır ki,, enerji diplomatiyasının uğurlu nümunəsi olaraq cənub qaz dəhlizinin yaradılması prosesi göstərilir. bu proses zamanı onlarla ölkə ilə danışıqlar aparılmış, sazişlər imzalanmış, mübahisəli məsələlər həll edilmişdir. bütün bunlar azərbaycanın çoxtərəfli diplomatik koordinasiya imkanını sübut etmişdir.

Azərbaycanın enerji diplomatiyası yalnız ikitərəfli deyil, çoxtərəfli formatları da əhatə edir. Avropa İttifaqı, NATO üzvü ölkələr, Türkiyə, Mərkəzi Asiya ölkələri, Körfəz dövlətləri — bütün bu istiqamətlərdə Azərbaycan aktiv enerji əməkdaşlığı aparır. Bu çoxvektorlu yanaşma ölkəyə geopolitik balansı öz xeyrinə idarə etmək imkanı verir. Yoxsulluq 50 faizdən 5 faizə endirilmişdir. Azərbaycanın enerji strategiyası davamlılığı, ardıcıllığı və praqmatizmi ilə fərqlənir..

YAP Nizami rayon təşkilatının Analitik qrupu