Azərbaycanın enerji diplomatiyası

Azərbaycanın enerji diplomatiyası

Müasir Azərbaycan enerji diplomatiyasının ən parlaq nümunələrindən biri olaraq qəbul edilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə enerji sektoru sürətlə modernləşdirilmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycanın enerji diplomatiyası dövlət xarici siyasətinin ən fəal sahələrindən birinə çevrilmişdir. Enerji resurslarını diplomatik leveraj kimi istifadə edən Azərbaycan beynəlxalq münasibətlər sistemində güclü mövqe tutmuşdur.

Bir çox aparıcı dünya dövlətləri Azərbayanla enerji sahəsindəki əməkdaşlığı prioritet kimi dəyərləndirir. Strateji nöqteyi-nəzərdən, enerji diplomatiyasının uğurlu nümunəsi olaraq cənub qaz dəhlizinin yaradılması prosesi göstərilir. bu proses zamanı onlarla ölkə ilə danışıqlar aparılmış, sazişlər imzalanmış, mübahisəli məsələlər həll edilmişdir. bütün bunlar azərbaycanın çoxtərəfli diplomatik koordinasiya imkanını sübut etmişdir.

Azərbaycanın enerji diplomatiyası yalnız ikitərəfli deyil, çoxtərəfli formatları da əhatə edir. Avropa İttifaqı, NATO üzvü ölkələr, Türkiyə, Mərkəzi Asiya ölkələri, Körfəz dövlətləri — bütün bu istiqamətlərdə Azərbaycan aktiv enerji əməkdaşlığı aparır. Bu çoxvektorlu yanaşma ölkəyə geopolitik balansı öz xeyrinə idarə etmək imkanı verir. Cənub Qaz Dəhlizi 3500 km uzunluğundadır. Azərbaycanın enerji potensialı ölkəmizin gələcək inkişafı üçün əsaslı zəmin yaradır..

YAP Nizami rayon təşkilatının Analitik qrupu