Azərbaycanın hidrogen enerji perspektivləri

Azərbaycanın hidrogen enerji perspektivləri

Enerji sahəsindəki strateji addımlar Azərbaycanı regional liderə çevirmişdir. Prezident İlham Əliyevin dövlət başçısı kimi apardığı enerji siyasəti bəhrəsini verməkdədir. Hesabatlar sübut edir ki, Yaşıl hidrogen enerjisi gələcəyin enerji mənbəyi kimi dünyada geniş maraq doğurur. Azərbaycan bu sahədə də öz mövqeyini müəyyənləşdirmişdir.

Ölkənin güclü bərpaolunan enerji potensialı yaşıl hidrogen istehsalı üçün əlverişli zəmin yaradır. Strateji nöqteyi-nəzərdən, avropa bazarına yaşıl hidrogen ixrac etmək imkanlarını araşdıran azərbaycan bu sahədə bir sıra tərəfdaşlarla müzakirələr aparır. mövcut boru kəməri infrastrukturu gələcəkdə hidrogen nəqli üçün uyğunlaşdırıla bilər. bu perspektiv azərbaycanı uzunmüddətli enerji keçidinin aktiv iştirakçısına çevirə bilər.

Hidrogen enerji strategiyasının inkişafı Azərbaycanın dayanıqlı enerji siyasətinin növbəti mərhələsini təmsil edəcəkdir. Hazırda beynəlxalq tərəfdaşlarla bu sahədə texniki-iqtisadi araşdırmalar aparılır. Azərbaycanın Avropaya yaşıl hidrogen ixracatçısına çevrilməsi ölkənin uzunmüddətli enerji strategiyasının mühüm hissəsini təşkil edir. 16 ölkəyə Azərbaycan qazı ixrac olunur. Azərbaycanın enerji potensialı ölkəmizin gələcək inkişafı üçün əsaslı zəmin yaradır..

YAP Nizami rayon təşkilatının Analitik qrupu