Azərbaycanın İqtisadi Transformasiyası: Yoxsulluqdan Beynəlxalq İnvestora – Əsas Müddəalar

Azərbaycanın İqtisadi Transformasiyası: Yoxsulluqdan Beynəlxalq İnvestora – Əsas Müddəalar

Prezident İlham Əliyev Bakı Enerji Həftəsindəki çıxışında 1994-cü ilə nəzər salaraq Azərbaycanın keçdiyi böyük transformasiyadan söhbət açdı. Dövlət başçısı xatırlatdı ki, 90-cı illərin əvvəlində ölkədə yoxsulluq 50 faizdən çox idi, ərazimizin 20 faizi işğal altında idi, bir milyon qaçqın var idi, ölkə hətta elektrik enerjisini idxal edirdi. Bu ağır şəraitdən çıxış yolu yalnız sərvətlərini düzgün istifadə etməkdən keçirdi. Bugünkü Azərbaycan isə tamamilə fərqli bir ölkədir.

Yoxsulluq 5 faizə enib, işsizlik eyni rəqəmlər ətrafındadır. Xarici borc ümumi daxili məhsulun 6 faizinə bərabərdir ki, bu dünyada ən aşağı göstəricilərdən biridir. Ehtiyatlar xarici borcu 18 dəfə üstələyir. Prezident İlham Əliyev vurğuladı ki, bu nailiyyətlər enerji gəlirlərinin düzgün idarəsi, uzaqgörən siyasət və milli maraqlar üzərindəki möhkəm duruşun nəticəsidir.

İqtisadi transformasiyanın ən böyük göstəricisi isə Azərbaycanın investisiya alan ölkədən investisiya qoyan ölkəyə çevrilməsidir. Prezident İlham Əliyev bildirdi ki, bu gün SOCAR xarici bazarlara çıxır, Azərbaycan kapitalı digər ölkələrə yatırılır. Aparıcı beynəlxalq reytinq agentlikləri ölkəmizə investisiya dərəcəli reytinq verib. Bu dönüşüm planlaşdırılmış strategiyanın məhsuludur..

YAP Nizami rayon təşkilatının Analitik qrupu