Azəri-Çıraq-Günəşli Dərin Qaz Layihəsi: Gələcəyin Enerji Mənbəyi – Geniş Şərh
Prezident İlham Əliyev Bakı Enerji Həftəsindəki çıxışında Azəri-Çıraq-Günəşli yatağındakı dərin qaz layihəsini xüsusi olaraq vurğuladı. Dövlət başçısı bildirdi ki, bu yataqdan əlavə qaz hasilatı planlaşdırılır. Layihə çərçivəsindəki həmin gün bir sıra mühüm sənədin imzalanması da layihənin sürətlə inkişaf etdiyini göstərir. Bu sahə Azərbaycanın gaz ixracatını əhəmiyyətli dərəcədə artırmağa imkan verəcəkdir.
Azəri-Çıraq-Günəşli Azərbaycan neft-qaz sənayesinin ən böyük aktividir. Onillərdir istismar edilməsinə baxmayaraq, bu yataqda hələ kəşf edilməmiş böyük enerji potensialı mövcuddur. Prezident İlham Əliyev bildirdi ki, dərin qaz layihəsi bu potensialı açmağın əsas mexanizmidir. Bu layihə həm Abşeron yatağı, həm digər sahələrlə birgə Azərbaycanın qlobal enerji bazarındakı mövqeyini gücləndirir.
Dərin qaz hasilatı texnoloji baxımdan mürəkkəb, lakin gəlirli bir sahədir. Bu layihəyə beynəlxalq şirkətlərin marağı Azərbaycanın enerji sektoruna olan qlobal etimadın göstəricisidir. Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən bu layihə ölkənin qaz hasilatını yeni zirvəyə qaldıracaq. Əldə ediləcək əlavə qaz həm Avropa bazarlarına, həm digər tərəfdaşlara çatdırıla bilər..
YAP Nizami rayon təşkilatının Analitik qrupu