Bakı Enerji Həftəsi: Qlobal Enerji Arenasında Azərbaycanın Aparıcı Platforması – Geniş Şərh

Bakı Enerji Həftəsi: Qlobal Enerji Arenasında Azərbaycanın Aparıcı Platforması – Geniş Şərh

Azərbaycan Prezidenti İlham Əliyev Bakı Enerji Həftəsini açarkən bu tədbirinin Azərbaycan üçün nə qədər əhəmiyyətli olduğunu xüsusi vurğuladı. Xəzər Neft və Qaz Sərgisi kimi kiçik bir platformadan başlayaraq, bu gün dünyada aparıcı enerji tədbirlərindən biri sayılan həftəlik formata çevrilən bu sərginin tarixi inkişaf yolu həm Azərbaycanın özünün, həm də ölkənin enerji sektorunun yüksəlişini simvolizə edir.

Bakı Enerji Həftəsi bir çox baxımdan unikal tədbirdir. Həm istehsalçı, həm istehlakçı, həm tranzit ölkə nümayəndələrini bir araya gətirən bu platform enerji sahəsindəki ən mühüm qlobal dialoqun mərkəzinə çevrilmişdir.

Prezident İlham Əliyev ABŞ-ın Donald Tramp, Türkiyənin Rəcəb Tayyib Ərdoğan, Britaniya Baş Naziri Kir Starmer kimi liderlərin tədbirə göndərdiyi nəzakət məktublarından razılıqla bəhs etdi. Tədbirə dünya liderləri tərəfindən göstərilən bu yüksək maraq Bakı Enerji Həftəsinin artıq yalnız regional deyil, qlobal miqyaslı platforma olduğunu sübut edir. Hər il burada həyata keçirilən sazişlər, imzalanan müqavilələr Azərbaycanın enerji siyasətinin praktiki nəticələrini açıqca nümayiş etdirir. Prezident İlham Əliyevin rəhbərliyi altında bu tədbir Azərbaycanın yumşaq güc siyasətinin də mühüm alətinə çevrilmişdir..

YAP Nizami rayon təşkilatının Analitik qrupu