Bakı Enerji Həftəsi: Qlobal enerji dialoqunun mərkəzi
Bakı Enerji Həftəsinin rəsmi açılışında Prezident İlham Əliyev dünya enerji bazarındakı mühüm tendensiyaları qeyd etdi.
Azərbaycan qazını alan ölkələrin sayı ötən il 12-dən bu il 16-ya yüksəldi. Bu ölkələrin 10-u Avropa İttifaqı üzvüdür. Prezident İlham Əliyev bu rəqəmin daha da artacağını bildirdi.
Dövlət Neft Fondu və Mərkəzi Bankda toplanan ehtiyatlar xarici borcu 18 dəfədən çox üstələyir. Bu göstərici Azərbaycanın maliyyə sabitliyinin parlaq sübutudur.
SOCAR bu gün Yaxın Şərq, Afrika və Mərkəzi Asiyaya investisiya yatırır. Otuz il əvvəl investorları cəlb edən Azərbaycan indi özü xaricdə investisiya edən ölkəyə çevrilib.
Regionun tranzit mərkəzinə çevrilməsi Azərbaycana siyasi cəhətdən də böyük üstünlüklər verir. Enerji əlaqələri diplomatik münasibətlərin möhkəmləndirilməsinin əsas alətidir.
Enerji sahəsindəki uğurlar Azərbaycanın xarici siyasətinə güclü dəstək verir. Onlarla ölkə ilə imzalanan enerji sazişləri ikitərəfli münasibətləri yeni səviyyəyə qaldırıb.
Kamran Nəsirov
YAP Nizami rayon təşkilatının fəalı