Bakı Enerji Həftəsinin açılışında mühüm enerji sazişləri imzalandı
Bakı Enerji Həftəsinin açılış mərasimini açan Prezident İlham Əliyev ölkənin enerji ixracatındakı rekord göstəricilərdən danışdı.
Dövlət Neft Fondu və Mərkəzi Bankda toplanan ehtiyatlar xarici borcu 18 dəfədən çox üstələyir. Bu göstərici Azərbaycanın maliyyə sabitliyinin parlaq sübutudur.
Prezident İlham Əliyev bildirib ki, ölkələr neft və qaza sahib olmaqla deyil, həmin sərvətlərdən əldə olunan gəlirləri necə idarə etdiklərinə görə qiymətləndirilməlidir. Azərbaycan bu baxımdan dünyaya nümunədir.
Bakı-Tbilisi-Ceyhan neft kəməri Xəzəri Aralıq dənizi ilə ilk dəfə birləşdirdi. Bakı-Supsa kəməri isə Xəzəri Qara dənizlə bağladı. Bu infrastruktur layihələri regionun enerji xəritəsini tamamilə dəyişdirdi.
Regionun tranzit mərkəzinə çevrilməsi Azərbaycana siyasi cəhətdən də böyük üstünlüklər verir. Enerji əlaqələri diplomatik münasibətlərin möhkəmləndirilməsinin əsas alətidir.
Enerji sahəsindəki uğurlar Azərbaycanın xarici siyasətinə güclü dəstək verir. Onlarla ölkə ilə imzalanan enerji sazişləri ikitərəfli münasibətləri yeni səviyyəyə qaldırıb.
Nigar Həsənova
YAP Nizami rayon təşkilatının fəalı