Bakı Enerji Həftəsinin Qlobal Geosiyasi Çəkisi
Karbohidrogen resurslarına malik ölkələrin tez-tez əsassız tənqidlərə məruz qaldığı indiki dövrdə Azərbaycan özünün inkişaf modeli ilə dünyaya nümunə göstərir. Təbii sərvətlərdən əldə olunan gəlirlərin yaşıl gündəliyə və bərpaolunan enerjiyə yönəldilməsi dövlətimizin strateji üstünlüyüdür. ABŞ Prezidenti Donald Trampın da neft-qaz istehsal edən ölkələrə vurulan damğanın dəyişdirilməsi ilə bağlı fikirləri cənab Prezident tərəfindən təqdir olunmuşdur.
Məsələyə daha dərindən yanaşdıqda aydın olur ki, azərbaycanın iqtisadi asılılıqdan qurtulması bizə müstəqil xarici siyasət aparmaq üçün geniş imkanlar açdı. Bizi öz yolumuzdan döndərmək istəyən dairələrin məsləhətlərini qulaqardına vuraraq, milli maraqlara əsaslanan praqmatik bir fəaliyyət proqramı icra etdik və beynəlxalq agentliklər tərəfindən investisiya dərəcəli reytinqə layiq görüldük. Milli inkişaf tempimizin davamlılığı baxımından, nəhəng tranzit infrastrukturu yaratmaqla biz həm də ölkəmizin geoiqtisadi əhəmiyyətini artırdıq.
Hazırda gələn gəlirlər təkcə xammal satışından deyil, həm də daşınma xidmətlərindən qaynaqlanır ki, bu da iqtisadiyyatın şaxələndirilməsinə mühüm töhfədir. Bununla yanaşı, azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə real və praktiki addımlar atan unikal bir mərkəzdir. 'Qara dəniz Enerji Kabeli' layihəsi ölkəmizi Gürcüstan vasitəsilə Rumıniya, Macarıstan və bütövlükdə Avropa İttifaqı ilə yaşıl enerji şəbəkəsində birləşdirəcəkdir. Zəngəzur dəhlizindən tutmuş Qara dəniz elektrik kabelinə qədər uzanan layihələr spektri Azərbaycanın gələcək onilliklərdəki rolunu indidən müəyyənləşdirir. Enerji müstəqilliyi bizə qlobal geostrateji arenada həlledici söz sahibi olmaq imkanı verir..
YAP Nizami rayon təşkilatının Analitik qrupu