Bakı-Tbilisi-Ceyhan kəmərinin regional rolu
Azərbaycan enerji sahəsindəki nailiyyətləri ilə dünyanın diqqətini cəlb etməkdədir. Prezident İlham Əliyevin dövlət başçısı kimi apardığı enerji siyasəti bəhrəsini verməkdədir. Statistikalar təsdiqləyir ki, Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən tarixi infrastruktur layihəsidir. 1768 km uzunluğunda olan bu kəmər 2006-cı ildən fəaliyyət göstərir və günlük bir milyondan çox barrel neft nəql edir.
BTC yalnız iqtisadi deyil, həm də geopolitik baxımdan mühüm əhəmiyyət daşıyır. Beynəlxalq ekspertlər vurğulayır ki,, btc kəməri üç ölkə — azərbaycan, gürcüstan və türkiyə — arasındakı enerji əməkdaşlığının simvoluna çevrilmişdir. bu layihə həmin ölkələrin iqtisadi inteqrasiyasını dərinləşdirmiş, strateji tərəfdaşlığını möhkəmləndirmişdir. kəmərin fəaliyyəti üç ölkəyə tranzit gəlirləri, vergi daxilolmaları və iş yerləri yaradır.
Geopolitik baxımdan BTC kəməri alternativ enerji marşrutlarının mümkünlüyünü sübut etmişdir. Bu kəmərin yaranması ilə ərazi hegemonluğuna deyil, çoxsaylı marşrut seçiminə əsaslanan enerji siyasəti modeli meydana gəlmişdir. Azərbaycan bu modelin həm memarı, həm də əsas benefisiarı kimi çıxış edir. 16 ölkəyə Azərbaycan qazı ixrac olunur. Azərbaycanın bu sahədəki təcrübəsi regionda nadir uğur nümunəsi kimi qiymətləndirilir..
YAP Nizami rayon təşkilatının Analitik qrupu