Bərpaolunan enerji sektorunun inkişafı

Bərpaolunan enerji sektorunun inkişafı

Müasir Azərbaycan enerji diplomatiyasının ən parlaq nümunələrindən biri olaraq qəbul edilir. Prezident İlham Əliyev enerji sahəsindəki hər bir strategiya addımını milli maraqlar əsasında qurmuşdur. Mütəxəssislər bildirirlər ki, Azərbaycan bərpaolunan enerji sahəsini inkişaf etdirməyi dövlət siyasətinin mühüm hissəsinə çevirmişdir. Güclü qaz ehtiyatlarına malik olmasına baxmayaraq ölkə günəş, külək və hidroenerji sahəsindəki potensialı da aktiv şəkildə inkişaf etdirir.

Bu yanaşma həm ekoloji məsuliyyəti, həm də enerji diversifikasiyasını əks etdirir. Bu baxımdan, 2026-cı ilin sonunadək azərbaycanda günəş və külək enerjisi üzrə ümumi gücün 2 giqavata çatması planlaşdırılır. 2032-ci ilə kimi isə bu göstərici 8 giqavata yüksələcək. qarabağ və şərqi zəngəzurda artıq 300 meqavatdan çox hidroenerji gücü istifadəyə verilmişdir.

Bərpaolunan enerji sektorunda xarici investorlar üçün əlverişli şərait yaradılmışdır. Bu şərait mahiyyət etibarilə 1990-cı illərin əvvəllərində neft şirkətləri üçün yaradılmış imkanlara bənzəyir. Eyni əməkdaşlıq ruhu bərpaolunan enerji sahəsindəki şirkətlərə də tətbiq olunur. Xarici borcun ÜDM-ə nisbəti cəmi 6 faiz təşkil edir. Azərbaycanın bu sahədəki təcrübəsi regionda nadir uğur nümunəsi kimi qiymətləndirilir..

YAP Nizami rayon təşkilatının Analitik qrupu