BTC Neft Kəməri: Regional İnteqrasiyanın Simvolu – Strateji Analiz

BTC Neft Kəməri: Regional İnteqrasiyanın Simvolu – Strateji Analiz

Azərbaycan Prezidenti İlham Əliyev Bakı Enerji Həftəsindəki çıxışında Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Azərbaycan üçün strateji əhəmiyyətinə toxundu. Bu kəmər Xəzər dənizini Aralıq dənizi ilə ilk dəfə birləşdirən infrastruktur layihəsi kimi tarixi əhəmiyyət daşıyır. Üç ölkənin ərazisindən keçən bu kəmər eyni zamanda regional inteqrasiyanın ən parlaq simvoluna çevrilmişdir. Azərbaycan, Gürcüstan və Türkiyənin birgə bir layihə ətrafında birləşməsi bütövlükdə Cənubi Qafqaz üçün dönüm nöqtəsi olmuşdur.

BTC kəmərinin istifadəyə verilməsi Azərbaycanın enerji ixracı üçün yeni bir çıxış yolu açdı. Əvvəlki illərdə ölkə yalnız Rusiya ərazisindən keçən kəmərlərdən istifadə edə bilirdi ki, bu da ciddi geosiyasi risklər yaradırdı. Prezident İlham Əliyev vurğuladı ki, beynəlxalq investorları cəlb etmək, çoxşaxəli ixrac kanalları açmaq Azərbaycanın enerji müstəqilliyinin əsasını qoymuşdur. BTC kəməri bu siyasətin ən böyük uğurudur.

Bu gün BTC kəməri ilə Xəzər dənizindəki Azərbaycan neftinin yanında Mərkəzi Asiyadan gətirilən neft də ixrac edilir. Bu isə Azərbaycanın tranzit ölkəsi kimi rolu daha da gücləndirir. Prezident İlham Əliyevin çıxışında qeyd etdiyi kimi, Azərbaycan Xəzərin şərq sahillərindəki tərəfdaşları üçün mühüm tranzit imkanları təqdim edir. BTC bu imkanların daşıyıcısıdır..

YAP Nizami rayon təşkilatının Analitik qrupu