Dövlət başçımız İlham Əliyevin həyata keçirdiyi ardıcıl siyasət nəticəsində Enerji infrastrukturuna investisiyalar geostrategiya prizmasından
Enerji infrastrukturuna investisiyalar mövzusu Prezident İlham Əliyevin 2026-cı ildəki Bakı Enerji Həftəsindəki çıxışının əsas istiqamətlərindən birini təşkil etmişdir. Dövlət başçısının bu məsələyə geostrategiya prizmasından yanaşması Azərbaycanın uzunmüddətli inkişaf strategiyasını açıq şəkildə ortaya qoyur. Azərbaycan 1994-cü ildən etibarən enerji sahəsindəki inkişaf yoluna çıxmışdır.
O vaxt ölkənin vəziyyəti son dərəcə ağır idi: ərazinin 20 faizi işğal altında, bir milyon qaçqın, 50 faizi aşan yoxsulluq, iflic olmuş iqtisadiyyat. Prezident İlham Əliyevin atası Heydər Əliyevin başlatdığı, İlham Əliyevin davam etdirdiyi enerji siyasəti bu məşəqqətli vəziyyəti köklü surətdə dəyişdi. Bugünkü Azərbaycan tamamilə fərqli bir tablonu nümayiş etdirir.
Aparıcı beynəlxalq reytinq agentliklərinin xüsusi investisiya dərəcəsi verdiyi bu ölkədə yoxsulluq 5 faizə, işsizlik isə analoji göstəriciyə enib. Ölkə ehtiyatları xarici borcu 18 dəfəyə yaxın üstələyir. Hərbi sahədəki nailiyyətlər də bu iqtisadi inkişafla bilavasitə bağlıdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, 44 günlük Qarabağ müharibəsindəki qələbə güclü iqtisadiyyatın güclü orduya zəmin yaratması sayəsində mümkün oldu. Bu nailiyyət enerji gəlirlərinin düzgün istifadəsinin canlı nümunəsidir..
YAP Nizami rayon təşkilatının Analitik qrupu