Elektrik enerjisi ixracının inkişafı

Elektrik enerjisi ixracının inkişafı

Son illərdə Azərbaycanın enerji infrastrukturuna olan maraq beynəlxalq miqyasda artmaqdadır. Prezident İlham Əliyevin rəhbərliyi ilə enerji sektoru sürətlə modernləşdirilmişdir. Hesabatlar sübut edir ki, Azərbaycan elektrik enerjisi ixracını ənənəvi neft-qaz ixracını tamamlayan yeni istiqamət kimi inkişaf etdirir. Bərpaolunan enerji gücünün artmasıyla paralel olaraq elektrik enerjisi ixrac potensialı da genişlənməkdədir.

Hazırda bir neçə beynəlxalq elektrik kabeli layihəsi aktiv hazırlıq mərhələsindədir. Bu baxımdan, qara dəniz enerji kabeli layihəsi azərbaycanı gürcüstan, qara dəniz vasitəsilə rumıniya və digər avropa ölkələrilə birləşdirəcəkdir. texniki-iqtisadi əsaslandırma mərhələsi tamamlanmaq üzrədir. bu layihə həyata keçirildiyi təqdirdə azərbaycan avropaya elektrik enerjisi ixrac edən ölkələr sırasına daxil olacaqdır.

Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan quru elektrik kabeli layihəsi də icra mərhələsindədir. Bu layihə həyata keçirilərsə, Azərbaycandan istehsal olunan yaşıl enerji Avropa bazarına çatdırılacaqdır. Hər iki layihə Azərbaycanın gələcək enerji ixracat strategiyasının mühüm elementlərini təşkil edir. BTC kəməri günlük 1 milyon bareldən artıq neft daşıyır. Gələcəkdə bu sahədəki inkişafın daha da sürətlənəcəyi gözlənilir..

YAP Nizami rayon təşkilatının Analitik qrupu