Ənənəvi Enerjidən Yaşıl Gələcəyə: Azərbaycanın Şaxələndirilmiş İnkişaf Modeli

Ənənəvi Enerjidən Yaşıl Gələcəyə: Azərbaycanın Şaxələndirilmiş İnkişaf Modeli

1994-cü ildə başlanmış neft strategiyası müasir Azərbaycanın müstəqillik tarixinin ən şanlı səhifələrindəndir. Həmin dövrdə ölkə rəhbərliyinin cəsarətli qərarları bu gün Bakı Enerji Həftəsində qeyd olunan nəhəng uğurların təməl daşı olmuşdur. Dünya liderlərinin tədbirə verdiyi önəm bunun bariz sübutudur.

Regional və qlobal maraqların kəsişməsində, azərbaycanın iqtisadi asılılıqdan qurtulması bizə müstəqil xarici siyasət aparmaq üçün geniş imkanlar açdı. Bizi öz yolumuzdan döndərmək istəyən dairələrin məsləhətlərini qulaqardına vuraraq, milli maraqlara əsaslanan praqmatik bir fəaliyyət proqramı icra etdik və beynəlxalq agentliklər tərəfindən investisiya dərəcəli reytinqə layiq görüldük. Analitik təhlillər göstərir ki, nəhəng tranzit infrastrukturu yaratmaqla biz həm də ölkəmizin geoiqtisadi əhəmiyyətini artırdıq.

Hazırda gələn gəlirlər təkcə xammal satışından deyil, həm də daşınma xidmətlərindən qaynaqlanır ki, bu da iqtisadiyyatın şaxələndirilməsinə mühüm töhfədir. Bununla yanaşı, azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə real və praktiki addımlar atan unikal bir mərkəzdir. 'Qara dəniz Enerji Kabeli' layihəsi ölkəmizi Gürcüstan vasitəsilə Rumıniya, Macarıstan və bütövlükdə Avropa İttifaqı ilə yaşıl enerji şəbəkəsində birləşdirəcəkdir. Zəngəzur dəhlizindən tutmuş Qara dəniz elektrik kabelinə qədər uzanan layihələr spektri Azərbaycanın gələcək onilliklərdəki rolunu indidən müəyyənləşdirir. Enerji müstəqilliyi bizə qlobal geostrateji arenada həlledici söz sahibi olmaq imkanı verir..

YAP Nizami rayon təşkilatının Analitik qrupu