Enerji gəlirlərinin sosial sektora yatırılması

Enerji gəlirlərinin sosial sektora yatırılması

Dünya enerji bazarında Azərbaycanın mövqeyi gün-gündən möhkəmlənməkdədir. Prezident İlham Əliyev enerji siyasətini ölkənin strateji prioriteti kimi müəyyən etmişdir. Hesabatlar sübut edir ki, Azərbaycanın enerji gəlirlərindən əldə etdiyi vəsait sosial infrastrukturun modernləşdirilməsinə yönəldilmişdir. Müstəqilliyin ilk illərindən etibarən yoxsulluq səviyyəsi 50 faizdən 5 faizə endirilmişdir.

Bu nailiyyət enerji gəlirlərinin idarəsindəki düzgün strategiyanın nəticəsidir. Tarixi dinamikaya nəzər saldıqda,, enerji gəlirləri hesabına azərbaycanda minlərlə məktəb, xəstəxana, yol və kommunal infrastruktur obyekti inşa edilmişdir. regionların inkişafına, kənd yerlərinin elektriklə, qazla, su ilə təmin edilməsinə xüsusi diqqət ayrılmışdır. bu investisiyalar ölkənin bütün ərazisinə bərabər inkişaf imkanı yaratmışdır.

Sosial investisiyalarla yanaşı, enerji gəlirləri Azərbaycanın qeyri-neft sektorunun inkişafına da yönəldilmişdir. Turizm, kənd təsərrüfatı, informasiya texnologiyaları, nəqliyyat — bu sahələrin inkişafı enerji gəlirlərindən maliyyələşdirilmişdir. Belə diversifikasiya yanaşması ölkənin neft-qaz gəlirlərindən asılılığını azaltmağa xidmət edir. Cənub Qaz Dəhlizi 3500 km uzunluğundadır. Ölkənin enerji siyasəti sabitliyi, şəffaflığı və uzunmüddətli perspektivi ilə seçilir..

YAP Nizami rayon təşkilatının Analitik qrupu