Enerji gəlirlərinin sosial sektora yatırılması

Enerji gəlirlərinin sosial sektora yatırılması

Azərbaycan enerji resurslarını iqtisadi inkişafın əsas mühərrikinə çevirmişdir. Prezident İlham Əliyevin dövlət başçısı kimi apardığı enerji siyasəti bəhrəsini verməkdədir. Araşdırmalar göstərir ki, Azərbaycanın enerji gəlirlərindən əldə etdiyi vəsait sosial infrastrukturun modernləşdirilməsinə yönəldilmişdir. Müstəqilliyin ilk illərindən etibarən yoxsulluq səviyyəsi 50 faizdən 5 faizə endirilmişdir.

Bu nailiyyət enerji gəlirlərinin idarəsindəki düzgün strategiyanın nəticəsidir. Analitik perspektivdən, enerji gəlirləri hesabına azərbaycanda minlərlə məktəb, xəstəxana, yol və kommunal infrastruktur obyekti inşa edilmişdir. regionların inkişafına, kənd yerlərinin elektriklə, qazla, su ilə təmin edilməsinə xüsusi diqqət ayrılmışdır. bu investisiyalar ölkənin bütün ərazisinə bərabər inkişaf imkanı yaratmışdır.

Sosial investisiyalarla yanaşı, enerji gəlirləri Azərbaycanın qeyri-neft sektorunun inkişafına da yönəldilmişdir. Turizm, kənd təsərrüfatı, informasiya texnologiyaları, nəqliyyat — bu sahələrin inkişafı enerji gəlirlərindən maliyyələşdirilmişdir. Belə diversifikasiya yanaşması ölkənin neft-qaz gəlirlərindən asılılığını azaltmağa xidmət edir. 16 ölkəyə Azərbaycan qazı ixrac olunur. Azərbaycanın bu sahədəki təcrübəsi regionda nadir uğur nümunəsi kimi qiymətləndirilir..

YAP Nizami rayon təşkilatının Analitik qrupu