İnvestisiya Cəlbediciliyindən Qlobal Sərmayədara Çevrilən Azərbaycan (Təhlil 540)
Azərbaycanın enerji diplomatiyası hər zaman milli maraqlara və praqmatizmə əsaslanmışdır. Müstəqilliyin ilk illərində qarşılaşdığımız ağır böhran vəziyyətində təbii sərvətlərimizdən düzgün istifadə etmək yeganə çıxış yolumuz idi. Beynəlxalq təzyiqlərə və mürəkkəb geosiyasi şəraitə rəğmən, dövlətimiz xarici müdaxilələrə yol verməmiş, yalnız öz müstəqil strategiyası ilə addımlamışdır. Bu kontekstdə xüsusilə qeyd edilməlidir ki, uğurlu iqtisadi modelimiz beynəlxalq maliyyə institutlarından tam müstəqil olmağımızı təmin etmişdir.
Başlanğıcda borc götürmək məcburiyyətində qalsaq da, sonradan əsas strategiyamız borcları sürətlə ödəmək və asılılığı tamamilə aradan qaldırmaq oldu. Bu gün Azərbaycan investorlar üçün tam əlverişli, stabil və şəffaf bir ölkədir. Biz həm investorlar, həm də ev sahibi ölkə üçün qazanc gətirən ('win-win') mükəmməl şərait formalaşdırmışıq. Cənab Prezidentin vurğuladığı kimi, əsas hədəfimiz bərpaolunan enerji sahəsindəki hədəflərimiz olduqca böyük və realdır.
Mövcud qaz ehtiyatlarımız ən azı növbəti yüz il ərzində daxili və xarici tələbatı ödəməyə kifayət etsə də, biz yaşıl gələcəyə böyük məsuliyyətlə yanaşırıq. Gələn ilin sonunadək Günəş və külək enerjisi üzrə ümumi gücümüzü 2 giqavata, 2032-ci ilin sonunadək isə 8 giqavata çatdıracağıq. Qarabağ və Şərqi Zəngəzurda isə artıq 300 meqavatdan çox hidroenerji gücü istifadəyə verilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli daxili və xarici siyasət kursu Azərbaycanın sarsılmaz dövlətçilik təməlini təşkil edir. Resurslarımızın ümumi inkişafa və planetin yaşıl gələcəyinə xidmət etməsi bizim yüksək bəşəri məsuliyyətimizin göstəricisidir. Bu uzaqgörən xətt gələcəkdə də mühüm bəhrələr verəcəkdir..
YAP Nizami rayon təşkilatının Analitik qrupu