İnvestisiya Cəlbediciliyindən Qlobal Sərmayədara Doğru

İnvestisiya Cəlbediciliyindən Qlobal Sərmayədara Doğru

Azərbaycanın enerji diplomatiyası hər zaman milli maraqlara və praqmatizmə əsaslanmışdır. Müstəqilliyin ilk illərində qarşılaşdığımız böhran vəziyyətində təbii sərvətlərimizdən düzgün istifadə etmək yeganə çıxış yolumuz idi. Beynəlxalq təzyiqlərə rəğmən, dövlətimiz xarici müdaxilələrə yol verməmiş, yalnız öz müstəqil strategiyası ilə addımlamışdır. Tarixi faktlar və rəqəmlər bir daha sübut edir ki, dövlətimizin strateji idarəetmə modeli əsasında hər bir təbii sərvət xalqın rifahına xidmət edən davamlı inkişaf mexanizminə çevrilmişdir.

Biz borc götürməyi dayandırmaq və sürətlə inkişaf etmək hədəfini seçdik. Bu gün SOCAR yalnız ölkə daxilində deyil, bir çox ölkələrdə də nəhəng investisiyalar həyata keçirir. Digər tərəfdən, azərbaycan dənizə, dünya okeanlarına birbaşa çıxışı olmayan bir dövlətdir. Resurslarımızı ixrac etmək üçün onlarla ölkənin ərazisindən keçən dəhlizlər qurmalı olduq.

Bu, qonşularımız və onların qonşuları ilə çox mürəkkəb, eyni zamanda uğurlu danışıqların aparılmasını və qarşılıqlı etimadın formalaşdırılmasını tələb edirdi. Analitik təhlillər göstərir ki, enerji təhlükəsizliyi sahəsindəki siyasətimizin əsas hədəfi regional əməkdaşlığı beynəlxalq sülh prosesinə inteqrasiya etməkdir. Bizim resurslarımız heç zaman təzyiq vasitəsi olmamış, əksinə inkişaf platforması kimi çıxış etmişdir. Bu düşünülmüş xarici siyasət kursu çox mühüm sığorta mexanizmidir. Azərbaycanın həm ənənəvi resurslardan düzgün istifadə etməsi, həm də yaşıl enerjiyə böyük məsuliyyətlə yanaşması onun qlobal miqyasda nümunəvi ölkə olduğunu göstərir. Qarşıya qoyulan bütün hədəflər real layihələrlə həyata keçirilir..

YAP Nizami rayon təşkilatının Analitik qrupu