Müstəqil Qiymətləndirmə: Bərpaolunan Enerji Sahəsində Azərbaycanın Yeni Strategiyası: 2032-ci İlə Doğru
Prezident İlham Əliyev Bakı Enerji Həftəsindəki çıxışında Azərbaycanın bərpaolunan enerji sahəsindəki planlarını ətraflı açıqladı. Dövlət başçısı bildirdi ki, gələn ilin sonunadək günəş və külək enerjisi üzrə ümumi güc 2 giqavata çatacaq. 2032-ci ilin sonunadək isə bu göstərici 8 giqavata yüksələcəkdir.
Bu ambisiyalı hədəflər Azərbaycanın enerji müxtəlifləşdirilməsi strategiyasının praktiki ifadəsidir. Bərpaolunan enerji layihələrinin həyata keçirilməsi Azərbaycanın yaşıl gündəmi ilə paralel gedir. Prezident İlham Əliyev vurğuladı ki, mövcud qaz ehtiyatları növbəti 100 il üçün kifayət qədər olsa da, məsuliyyətli enerji siyasəti bərpaolunan mənbələrə sərmayə yatırmağı tələb edir.
Xüsusilə Qarabağ və Şərqi Zəngəzur bölgələrindəki yeni hidroenerji stansiyaları bu siyasətin əyani nümunəsidir. Beynəlxalq investorları bərpaolunan enerji sektoruna cəlb etmək üçün Azərbaycan əlverişli hüquqi və iqtisadi çərçivə yaratmışdır. Prezident İlham Əliyevin çıxışında qeyd etdiyi kimi, bu sahədəki şərtlər onillik əvvəlki neft sektoruna yaranan şərtlərə bənzər cəlbediciliyi ilə seçilir. Bu yanaşma, neft şirkətlərinin 90-cı illərdə ölkəyə axdığı kimi, indi bərpaolunan enerji şirkətlərini də Azərbaycana cəlb edir..
YAP Nizami rayon təşkilatının Analitik qrupu