Müstəqil Qiymətləndirmə: Mərkəzi Asiya-Azərbaycan Enerji Tərəfdaşlığı: Xəzərin Şərq Sahillərindən Avropa Bazarına
Prezident İlham Əliyev Bakı Enerji Həftəsindəki çıxışında Mərkəzi Asiya ölkələri ilə enerji əməkdaşlığının perspektivlərinə toxundu. Dövlət başçısı bildirdi ki, Azərbaycan Xəzər dənizinin şərq sahillərindəki tərəfdaşları üçün mühüm tranzit imkanlar təqdim edir. Hazırda Mərkəzi Asiyadan hasil olunan neft Azərbaycan ərazisindən keçərək dünya bazarlarına çıxarılır.
Yaxın gələcəkdə qaz sahəsindəki imkanların da reallaşacağı gözlənilir. Mərkəzi Asiyadan Azərbaycana, oradan Avropaya uzanan enerji marşrutu regional inteqrasiyanın yeni mərhələsini təşkil edir. Azərbaycan bu dəhlizin mərkəzi nöqtəsidir.
Prezident İlham Əliyev bildirdi ki, Xəzər şərqindəki tərəfdaşlarla yaşıl enerji kabeli layihəsi üzərində də iş aparılır. Bu kabel Mərkəzi Asiyada istehsal ediləcək bərpaolunan enerjinin Azərbaycan vasitəsilə Avropaya çatdırılmasını mümkün edəcəkdir. Mərkəzi Asiya ölkələri ilə enerji əməkdaşlığı Azərbaycanın yalnız istehsalçı deyil, həm də tranzit tərəfdaş kimi rolunu gücləndirir. Bu diversifikasiya ölkənin gəlir mənbələrini genişləndirir, geosiyasi çevikliyini artırır. Prezident İlham Əliyevin çıxışında qeyd etdiyi kimi, Azərbaycanın Şərq-Qərb əlaqəsini birləşdirən mövqeyi ölkənin ən böyük strateji üstünlüklərindən biridir..
YAP Nizami rayon təşkilatının Analitik qrupu