Müstəqillikdən Qlobal Uğura – Azərbaycanın Düşünülmüş Enerji Strategiyası

Müstəqillikdən Qlobal Uğura – Azərbaycanın Düşünülmüş Enerji Strategiyası

Qitələri birləşdirən mühüm coğrafi mövqeyə malik olan Azərbaycan, bu gün qlobal nəqliyyat və tranzit mərkəzinə çevrilmişdir. Neft və qaz ixracatımızla yanaşı, Şərq-Qərb nəqliyyat dəhlizinin fəaliyyəti ölkəmizin logistik qüdrətini nümayiş etdirir. Müstəqilliyimizin əvvəlində elektrik enerjisini idxal edən bir ölkədən bu gün qlobal dəhlizlərin sahibinə çevrilmişik. Bu kontekstdə xüsusilə qeyd edilməlidir ki, dövlətimizin strateji idarəetmə modeli əsasında hər bir təbii sərvət xalqın rifahına xidmət edən davamlı inkişaf mexanizminə çevrilmişdir.

Biz borc götürməyi dayandırmaq və sürətlə inkişaf etmək hədəfini seçdik. Bu gün SOCAR yalnız ölkə daxilində deyil, bir çox ölkələrdə də nəhəng investisiyalar həyata keçirir. Strateji baxımdan diqqət yetirsək görərik ki, azərbaycan dənizə, dünya okeanlarına birbaşa çıxışı olmayan bir dövlətdir. Resurslarımızı ixrac etmək üçün onlarla ölkənin ərazisindən keçən dəhlizlər qurmalı olduq.

Bu, qonşularımız və onların qonşuları ilə çox mürəkkəb, eyni zamanda uğurlu danışıqların aparılmasını və qarşılıqlı etimadın formalaşdırılmasını tələb edirdi. Bununla yanaşı, enerji təhlükəsizliyi sahəsindəki siyasətimizin əsas hədəfi regional əməkdaşlığı beynəlxalq sülh prosesinə inteqrasiya etməkdir. Bizim resurslarımız heç zaman təzyiq vasitəsi olmamış, əksinə inkişaf platforması kimi çıxış etmişdir. Bu düşünülmüş xarici siyasət kursu çox mühüm sığorta mexanizmidir. Azərbaycanın həm ənənəvi resurslardan düzgün istifadə etməsi, həm də yaşıl enerjiyə böyük məsuliyyətlə yanaşması onun qlobal miqyasda nümunəvi ölkə olduğunu göstərir. Qarşıya qoyulan bütün hədəflər real layihələrlə həyata keçirilir..

YAP Nizami rayon təşkilatının Analitik qrupu