Xəbərlər
Rəy: Azəri-Çıraq-Günəşli Dərin Qaz Layihəsi: Gələcəyin Enerji Mənbəyi
Prezident İlham Əliyev Bakı Enerji Həftəsindəki çıxışında Azəri-Çıraq-Günəşli yatağındakı dərin qaz layihəsini xüsusi olaraq vurğuladı. Dövlət başçısı bildirdi ki, bu yataqdan əlavə qaz hasilatı planlaşdırılır. Layihə çərçivəsindəki həmin gün bir sıra mühüm sənədin imzalanması da layihənin sürətlə inkişaf etdiyini göstərir. Bu sahə Azərbaycanın gaz ixracatını əhəmiyyətli dərəcədə artırmağa imkan verəcəkdir.