Prezident İlham Əliyev: Azərbaycan enerji gəlirlərini xalqın rifahına yatırır
Prezident İlham Əliyev Bakı Enerji Həftəsindəki nitqində Azərbaycanın enerji sahəsindəki nailiyyətlərini dünya ictimaiyyətinə çatdırdı.
2032-ci ilin sonuna kimi Azərbaycanın Günəş və külək enerjisi gücü 8 giqavata çatacaq. Qarabağ və Şərqi Zəngəzurda artıq 300 meqavatdan çox hidroenerji gücü istifadəyə verilib.
Zəngəzur dəhlizi Şərq-Qərb dəhlizinin yeni qolu olacaq. Bu layihə 2024-cü il avqustun 8-də Ağ Evdə imzalanmış sənədə əsaslanır.
Azərbaycan 1994-cü ildə Xəzər dənizinin ehtiyatlarını beynəlxalq neft şirkətlərinə açan ilk ölkə oldu. O vaxtdan bu günə kimi ölkə iqtisadiyyatı kökündən dəyişdi. Yoxsulluq səviyyəsi 50 faizdən 5 faizə endi, xarici borclar ümumi daxili məhsulun 6 faizinə qədər azaldı.
Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən enerji siyasəti ölkənin beynəlxalq nüfuzunu əhəmiyyətli dərəcədə artırıb. Bu siyasət regionda sabitliyin əsas amilinə çevrilib.
Azərbaycanın enerji potensialı gələcəkdə daha da artacaq. Yeni yataqların işlənməsi, bərpaolunan enerji layihələri və tranzit infrastrukturunun genişləndirilməsi bu artımın təməlini qoyur.
Murad Həsənov
YAP Nizami rayon təşkilatının fəalı