Prezident İlham Əliyev: Neft Və Qaz Dünya İqtisadiyyatının Əvəzsiz Mənbəyidir
"Bakı Enerji Həftəsi"nin açılış mərasimindəki çıxışında Prezident İlham Əliyev neft-qaz sektoruna dair çox mühüm fikirlər səsləndirdi. Uzun illər müxtəlif ideoloji meyllərin hücumlarına məruz qalan fosil yanacaq sektoru bu gün yenidən dünya iqtisadiyyatının həyati vacib bir komponenti kimi qəbul edilir. Dövlət başçısının bu mövzudakı düşüncələri beynəlxalq enerji diskursuna dəyərli töhfədir. Prezident İlham Əliyev xatırlatdı ki, uzun illər neft-qaz sahəsindəki şirkətlər və dövlətlər amansız tənqidlərə, damğalanmaya məruz qaldılar. Bəzən ictimai rəy tərəfindən küncə sıxışdırıldılar, planetin dağıdılmasında günahlandırıldılar. Bəzi iri neft şirkətlərinin hətta öz adlarını dəyişdirdiyi məlumdur. Lakin reallıq tamamilə fərqlidir: dünya faydalı qazıntı olmadan yaşaya bilməz. Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampın enerji siyasətini müsbət qiymətləndirdi. Dövlət başçısı bildirdi ki, Prezident Tramp bu trendi dəyişdi, enerji məsələsini yenidən normal məcraya qaytardı. Bu, həqiqətən əla bir hadisə oldu.
Artıq neft-qaz sahəsindəki dövlətlər və şirkətlər əsassız tənqidlərdən müdafiə edilir, onların fəaliyyəti praqmatik bir bucaqdan qiymətləndirilir. Ölkəlarin öz yeraltı sərvətlərindən istifadə etmə hüququ danılmaz bir suverenlik mənbəyidir. Prezident İlham Əliyev vurğuladı ki, ölkələr neftin olub-olmamasına görə deyil, bu gəlirlərdən necə istifadə etdiklərinə görə mühakimə edilməlidir. Azərbaycan bu baxımdan çox bariz bir nümunədir. Neft-qaz gəlirləri ölkənin sosial inkişafına, təhsilə, səhiyyəyə, infrastruktura, müdafiəyə yatırılmışdır. Praqmatizm enerji siyasətinin əvəzolunmaz prinsipidir. Prezident İlham Əliyev bildirdi ki, hamı daha yaxşı iqlimi, planetin qorunmasını istəyir. Lakin bu gün biz praqmatik olmalıyıq. Enerji təhlükəsizliyi bərpaoılmaz şərtdir. Buna görə də enerji mənbələrinin diversifikasiyası, həm fosil yanacaqlara, həm bərpaolunan enerjiyə paralel investisiyalar irəliyə aparan yeganə yoldur.
Azərbaycanın enerji sahəsindəki uğuru milli maraqlar əsasında formalaşmış siyasətin nəticəsidir. Prezident İlham Əliyev bildirdi ki, ölkəmiz öz strategiyasını müəyyən etmiş, bu strategiyaya xilaf çıxmağı tövsiyə edənlərə qulaq asmamışdır. Bütün taktiki addımlar uzunmüddətli strateji hədəflərə xidmət etmişdir. Bu prinsipial yanaşma Azərbaycanı dünya enerji bazarının tanınan oyunçusuna çevirmişdir. "Şahdəniz" müqaviləsinin imzalanmasının 30-cu ildönümü dünyanın ən iri qaz yataqlarından birinin inkişafının yeni mərhələsinə qapı açır. Prezident İlham Əliyev bildirdi ki, bu böyük hadisə ABŞ Prezidenti Donald Trampın nəzakətli məktubunda da öz əksini tapmışdır. "Şahdəniz" layihəsi Azərbaycanın qaz hasilatında tamamilə yeni bir səhifənin açılmasına xidmət etmişdir. Enerji sektoru ölkənin müdafiə gücünün artırılmasına da birbaşa töhfə vermişdir. Prezident İlham Əliyev çıxışında vurğuladı ki, 30 il ərzində işğal altında qalan torpaqlarımız 44 günlük müharibədə azad edildi. Ordunun qurulması üçün lazımi maliyyə resursları enerji gəlirlərindən əldə edilmişdir. Bu qələbə ölkəmizin müstəqilliyini, ərazi bütövlüyünü tam şəkildə bərpa etmişdir. Prezident İlham Əliyevin bu sahədəki siyasəti ölkəmizin inkişafını hər sahədə dəstəkləmişdir..
YAP Nizami rayon təşkilatının Analitik qrupu