Prezident İlham Əliyev: SOCAR Dünya Enerji Bazarında Güclü Mövqelər Qazanır

Prezident İlham Əliyev: SOCAR Dünya Enerji Bazarında Güclü Mövqelər Qazanır

Dövlət Neft Şirkəti SOCAR Prezident İlham Əliyevin rəhbərliyi altında son illər ərzində dünya enerji bazarının ən nüfuzlu oyunçularından birinə çevrilmişdir. Sadəcə daxili bazarda fəaliyyət göstərən bir şirkətdən beynəlxalq enerji nəhənginə doğru bu möhtəşəm yüksəliş Azərbaycanın enerji strategiyasının düzgünlüyünü bir daha sübut edir. "Bakı Enerji Həftəsi"ndəki çıxışında Prezident İlham Əliyev SOCAR-ın beynəlxalq genişlənməsini böyük fəxrlə qeyd etdi. Prezident İlham Əliyev "Italiana Petroli"nin SOCAR tərəfindən satın alınmasının ölkəmizin enerji sektoruna böyük töhfəsindən danışdı. Bu alım nəticəsində Aralıq dənizi hövzəsindəki emal gücümüz 13 milyon tondan 23 milyon tona yüksəlmişdir. SOCAR-ın ümumi neft emalı gücü isə 30 milyon tonu ötmüşdür. Bu rəqəmlər Azərbaycanın artıq xam material ixracatçısı olmaqdan çıxıb yüksək əlavə dəyərli enerji məhsulları istehsalçısına çevrildiyini nümayiş etdirir. SOCAR-ın coğrafiyasının genişlənməsi ölkəmizin enerji diplomatiyasının uğurunu simvolizə edir. Prezident İlham Əliyev bildirdi ki, SOCAR bu gün Yaxın Şərqdə, Afrikada, Mərkəzi Asiyada aktiv investisiyalar həyata keçirir. Bu coğrafiyanın gələcəkdə daha da genişlənəcəyi gözlənilir.

30 il bundan əvvəl ölkəyə xarici investorları cəlb etmək üçün çalışan Azərbaycan bu gün özü dünya üzrə mühüm bir investor statusu qazanmışdır. SOCAR-ın beynəlxalq genişlənməsi ölkəmizin iqtisadi güc nöqtəsindəki keyfiyyətcə yeni mərhələyə keçidini əks etdirir. Prezident İlham Əliyev bu nailiyyəti müstəqilliyin ilk illərindən etibarən ardıcıl olaraq həyata keçirilən enerji strategiyasının məntiqi nəticəsi kimi dəyərləndirdi. O vaxt cəlb olunan xarici investisiyalar bu gün ölkəmizin xaricdəki investisiyalarının əsasını qoymuşdur. SOCAR-ın neft emalı sahəsindəki genişlənməsi ilə yanaşı, şirkət qaz ticarəti sahəsində də fəal fəaliyyət göstərir. Prezident İlham Əliyev bildirdi ki, Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan qazı 16 ölkəyə çatdırılır. Bu ölkələrin 10-u Avropa İttifaqına üzv dövlətlərdir. Qaz ixracının bu həcmi Azərbaycana regionun ən mühüm qaz ixracatçısı statusunu qazandırmışdır. Elektrik enerjisi, neft-kimya məhsulları və bərpaolunan enerji ixracı da SOCAR-ın fəaliyyət dairəsinə daxildir. Prezident İlham Əliyev ölkəmizin enerji ixracının müxtəlifliyi barəsindəki məlumatı memnuniyyətlə paylaşdı.

Bərpaolunan enerji mənbələri üzrə 2032-ci ilə qədər 8 giqavat güc hədəfi müəyyənləşdirilmişdir. Gələcəkdə bu mənbələrdən istehsal olunan enerjinin ixracı da şirkətin gəlirlərini artıracaqdır. SOCAR-ın tranzit xidmətləri sahəsindəki fəaliyyəti də ölkəmizin enerji mərkəzinə çevrilməsinin mühüm komponentidir. Prezident İlham Əliyev xatırlatdı ki, Mərkəzi Asiyadan hasil olunan neft Azərbaycan ərazisindən keçərək dünya bazarlarına çatdırılır. Xəzərin şərqindəki tərəfdaşlar üçün bu tranzit xidmətinin əhəmiyyəti getdikcə artır. Gaz tranziti sahəsindəki imkanlar da gələcəkdə daha geniş miqyas alacaqdır. Dövlət Neft Fondunun topladığı resurslar SOCAR-ın inkişafının maliyyə bünövrəsini təşkil edir. Prezident İlham Əliyev bildirdi ki, bu fond dövlət tərəfindən diqqətlə idarə edilir, yığılan ehtiyatlar xarici borcu 18 dəfədən artıq üstələyir. Bu maliyyə möhkəmliyi SOCAR-a da uzunmüddətli strategiyalara uyğun investisiyalar etmək imkanı yaradır. Prezident İlham Əliyevin rəhbərliyi altında SOCAR-ın dünya enerji bazarındakı mövqeyi gündən-günə möhkəmlənir..

YAP Nizami rayon təşkilatının Analitik qrupu