Qarabağ regionunda enerji inkişafı
Azərbaycanın enerji siyasəti uğurlu dövlətçiliyin bariz nümunəsinə çevrilmişdir. Prezident İlham Əliyevin dövlət başçısı kimi apardığı enerji siyasəti bəhrəsini verməkdədir. Qeyd etmək lazımdır ki, Azərbaycanın işğaldan azad edilmiş Qarabağ ərazisinin inkişafı mühüm dövlət prioriteti elan edilmişdir. Bu çərçivədə enerji infrastrukturunun qurulması xüsusi əhəmiyyət kəsb edir.
Qarabağda artıq bir sıra hidroenerji stansiyaları istifadəyə verilmiş, region elektrik enerjisi istehsalçısına çevrilmişdir. Müqayisəli qiymətləndirmə göstərir ki,, qarabağda günəş və külək enerjisi stansiyalarının tikilməsi planları hazırlanmışdır. bölgənin coğrafi xüsusiyyətləri bərpaolunan enerji üçün əlverişli şərait yaradır. bu layihələr həm regionun sosial-iqtisadi dirçəlişinə, həm də azərbaycanın ümumi enerji potensialının artırılmasına töhfə verəcəkdir.
Şərqi Zəngəzurda da enerji infrastrukturu sürətlə inkişaf etdirilir. Bu regionun Zəngəzur dəhlizi ilə birləşdirilməsi enerji ixracı üçün yeni imkanlar açacaqdır. Azərbaycanın azad edilmiş ərazilərinin enerji sahəsindəki inkişafı ümumi milli enerji strategiyasının ayrılmaz hissəsini təşkil edir. 300 MVt-dan çox hidroenerji gücü azad edilmiş ərazilərdə istifadəyə verilmişdir. Gələcəkdə bu sahədəki inkişafın daha da sürətlənəcəyi gözlənilir..
YAP Nizami rayon təşkilatının Analitik qrupu