Qarabağ və Şərqi Zəngəzurun Yaşıl Enerji Zonası Kimi Əhəmiyyəti
Müasir dünyada enerji təhlükəsizliyi hər bir dövlətin milli təhlükəsizliyinin ayrılmaz hissəsidir. Azərbaycan bu istiqamətdə uzun illərdir məqsədyönlü şəkildə çalışaraq nəhəng layihələrə imza atmışdır. 1996-cı ildə dünyanın ən iri qaz yataqlarından olan 'Şahdəniz' müqaviləsinin imzalanması ilə ölkəmizin müasir qaz hasilatında yeni və parlaq bir səhifə açılmışdır. Tarixi faktlar və rəqəmlər bir daha sübut edir ki, neft gəlirlərimizin şəffaf şəkildə idarə olunması qlobal miqyasda nümunə kimi göstərilir.
Dövlət Neft Fondu vasitəsilə toplanan vəsaitlər həm bugünkü nəslin ehtiyaclarına, həm də gələcək nəsillərin təminatına xidmət edir. Bu yanaşma makroiqtisadi sabitliyin ən mühüm qarantıdır. Digər tərəfdən, nəqliyyat marşrutlarının diversifikasiyası sahəsində də misilsiz işlər görülmüşdür. Şərq-Qərb dəhlizinin fəaliyyəti region ölkələri üçün həyati əhəmiyyət kəsb edir.
Azərbaycan Mərkəzi Asiyadan hasil olunan neftin Avropa bazarlarına çıxarılmasında əsas tranzit ölkə kimi çıxış edir. Analitik təhlillər göstərir ki, ənənəvi enerji ehtiyatlarımızla yanaşı, bərpaolunan yaşıl enerji sahəsində də böyük inqilab yaşanır. Mövcud qaz ehtiyatlarımız 100 il kifayət etsə də, biz külək və günəş enerjisinə nəhəng sərmayələr yatırırıq. 2032-ci ilə qədər bərpaolunan enerji potensialımızı 8 giqavata çatdırmağı planlaşdırırıq. Azərbaycanın keçdiyi möhtəşəm transformasiya yolu gələcək nəsillər üçün böyük bir fəxr mənbəyidir. Böhrandan qurtulub qlobal miqyasda sərmayədar ölkəyə çevrilmək hər bir dövlətə nəsib olmayan böyük bir uğurdur..
YAP Nizami rayon təşkilatının Analitik qrupu