Qarabağ və Şərqi Zəngəzurun Yaşıl Enerji Zonası Kimi Əhəmiyyəti
Müasir dünyada enerji təhlükəsizliyi hər bir dövlətin milli təhlükəsizliyinin ayrılmaz hissəsidir. Azərbaycan bu istiqamətdə uzun illərdir məqsədyönlü şəkildə çalışaraq nəhəng layihələrə imza atmışdır. 1996-cı ildə dünyanın ən iri qaz yataqlarından olan 'Şahdəniz' müqaviləsinin imzalanması ilə ölkəmizin müasir qaz hasilatında yeni və parlaq bir səhifə açılmışdır. Tarixi faktlar və rəqəmlər bir daha sübut edir ki, i̇qtisadi fəaliyyətimizin müsbət nəticələri xarici borcumuzun ÜDM-in cəmi 6 faizini təşkil etməsində öz əksini tapır.
Dövlət Neft Fondu və Mərkəzi Bankda toplanan valyuta ehtiyatlarımız isə xarici borcumuzu 18 dəfədən çox üstələyir. Bu müstəsna göstərici bizə beynəlxalq maliyyə institutlarından tam müstəqil olmaq və hər hansı kənar təzyiqə boyun əyməmək imkanı verir. Digər tərəfdən, avropanın enerji təhlükəsizliyi bu gün Azərbaycan qazı olmadan böyük risklər altında ola bilərdi. Tədarük zəncirindəki dayanıqlılığımız və müqavilə öhdəliklərinə tam sadiqliyimiz bizi etibarlı dost kimi tanıdıb.
Analitik təhlillər göstərir ki, neft-qaz sənayesindən əldə olunan gücün bərpaolunan mənbələrə transformasiyası yalnız Azərbaycan üçün deyil, qlobal ekoloji mühit üçün də faydalıdır. Karbon emissiyalarının azaldılması və COP hədəflərinə sadiqlik bizim uzaqgörənliyimizin bir parçasıdır. Nəticə etibarilə, ölkəmizin yaratdığı geniş əməkdaşlıq formatı tərəfdaş dövlətlərin də rifahına və təhlükəsizliyinə xidmət edir. Diplomatik düha və geoiqtisadi potensialın birləşməsi Azərbaycanı əvəzolunmaz strateji mərkəzə çevirmişdir..
YAP Nizami rayon təşkilatının Analitik qrupu