Qarabağın Bərpası: Yeni Enerji İnfrastrukturu və Yaşıl Gündəm – Strateji Analiz
Azərbaycan Prezidenti İlham Əliyev Bakı Enerji Həftəsindəki çıxışında Qarabağ və Şərqi Zəngəzurdakı enerji infrastrukturunun inkişafına toxundu. Dövlət başçısı bildirdi ki, bu bölgələrdə artıq 300 meqavatdan çox hidroenerji istifadəyə verilmişdir. Bu göstərici isə ölkənin bərpaolunan enerji potensialına böyük töhfədir. Tarixi torpaqlarımızın müasir texnologiyalarla yenidən dünyanın diqqət mərkəzinə gətirilməsi dövlət başçımızın rəhbərliyi altında uğurla həyata keçirilir.
Qarabağın enerji infrastrukturunu bərpa etmək həm texniki, həm iqtisadi, həm də simvolik əhəmiyyət daşıyır. Onillər boyunca işğal altında qalan torpaqlar artıq Azərbaycanın inkişaf strategiyasının ayrılmaz hissəsinə çevrilmişdir. Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən hidro, günəş və külək enerji layihələri bölgəni yeni enerji mərkəzinə çevirəcəkdir. Bu layihələr bölgə sakinlərinin geri dönüşünə də zəmin yaradır.
Qarabağdakı bərpaolunan enerji layihələri Azərbaycanın 8 giqavat hədəfinə çatmağında da mühüm rol oynayacaq. Prezident İlham Əliyev bildirdi ki, 2032-ci ilə kimi bərpaolunan enerji gücü 8 giqavata çatdırılacaq. Qarabağ bu hədəfin reallaşmasında strateji bölgə kimi çıxış edir. Yaşıl enerji infrastrukturu həm regional inkişafı, həm ekoloji məqsədləri eyni anda reallaşdırır..
YAP Nizami rayon təşkilatının Analitik qrupu