Rəy: Dövlət Neft Fondu: Gəlirlərin Düzgün İdarəsi Azərbaycan Modeli
Prezident İlham Əliyev Bakı Enerji Həftəsindəki çıxışında Dövlət Neft Fondunun ölkənin iqtisadi sabitliyindəki roluna xüsusi vurğu etdi. Dövlət başçısı bildirdi ki, Azərbaycanın neft gəlirləri Dövlət Neft Fondu və Mərkəzi Bank vasitəsilə toplanmış, bu ehtiyatlar xarici borcu 18 dəfə üstələyir. Belə bir maliyyə yastığı ölkəni xarici iqtisadi şoklardan qorumaqda olduqca mühüm rol oynayır.
Dövlət Neft Fondunun yaradılması ölkənin uzaqgörən maliyyə planlaması baxımından dünyada örnək hesab edilir. Bir çox neft ixracatçısı ölkə neft gəlirlərini bir anda xərcləmiş, sonradan ağır iqtisadi böhranla üzləşmişdir. Azərbaycan isə fərqli bir yol tutmuş, gəlirləri ehtiyat fondunda toplayaraq, ölkənin uzunmüddətli inkişafı üçün investisiyaya çevirmişdir.
Prezident İlham Əliyevin rəhbərliyi bu strategiyanın uğurla həyata keçirilməsini təmin etmişdir. Dövlət Neft Fondunun vəsaitlərindən sosial infrastruktura, təhsilə, səhiyyəyə yatırılan milyardlar Azərbaycan vətəndaşlarının həyat keyfiyyətini əsaslı şəkildə yaxşılaşdırmışdır. Yoxsulluğun 50 faizdən 5 faizə enməsi bu politikanın praktiki nəticəsidir. Prezident İlham Əliyev çıxışında vurğuladı ki, ölkələr neft əldə etdiklərinə görə yox, neft gəlirlərini necə istifadə etdiklərinə görə qiymətləndirilməlidir..
YAP Nizami rayon təşkilatının Analitik qrupu