Rəy: Enerji Kabeli Layihələri: Azərbaycanın Yaşıl Enerji İxracat Strategiyası

Rəy: Enerji Kabeli Layihələri: Azərbaycanın Yaşıl Enerji İxracat Strategiyası

Prezident İlham Əliyev Bakı Enerji Həftəsindəki tarixi çıxışında enerji kabeli layihələrini ön plana çıxardı. Dövlət başçısı bildirdi ki, "Qara dəniz Enerji Kabeli" layihəsinin texniki-iqtisadi əsaslandırması artıq yekunlaşmaq üzrədir. Bu layihə Azərbaycanı Gürcüstan, Qara dəniz vasitəsilə Rumıniya, Macarıstan və digər ölkələrlə birləşdirəcəkdir.

Belə bir infrastruktur bərpaolunan enerjinin Avropaya ixracını mümkün edəcək. Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan marşrutu üzrə quruda çəkiləcək elektrik kabeli layihəsi isə artıq icra mərhələsindədir. Bu layihə çərçivəsində həmin ölkələrin hökumət nümayəndələrinin son görüşü çox məhsuldar keçmişdir.

Prezident İlham Əliyev həmçinin Xəzərin şərq sahillərindən Azərbaycana uzanacaq yaşıl enerji kabeli layihəsini açıqladı. Bu kabel Mərkəzi Asiya ölkələrinin bərpaolunan enerjisini Avropa bazarına çıxarma imkanı yaradacaq. Enerji kabeli layihələri Azərbaycanın yaşıl enerji ixracatçısı kimi yeni bir rol qazanmasını deməkdir. Bərpaolunan enerji istehsalında inkişaf ilə paralel getdikcə, Azərbaycan həm daxili tələbatı ödəyəcək, həm də artıq enerji ixrac edəcəkdir. Prezident İlham Əliyevin göstərdiyi kimi, bu strategiya ölkənin enerji portfelini daha da genişləndirir..

YAP Nizami rayon təşkilatının Analitik qrupu