Şahdəniz Müqaviləsinin 30-cu İldönümü: Azərbaycan Qaz Sektorunda Yeni Səhifə

Şahdəniz Müqaviləsinin 30-cu İldönümü: Azərbaycan Qaz Sektorunda Yeni Səhifə

"Şahdəniz" müqaviləsinin imzalanmasının 30-cu ildönümü münasibətilə Prezident İlham Əliyev Bakı Enerji Həftəsindəki çıxışında bu tarixi hadisənin Azərbaycan üçün nə qədər mühüm olduğunu xatırlatdı. 1996-cı ilin iyununda imzalanan bu müqavilə, dünyada ən böyük qaz yataqlarından birinə aid sənəd kimi tarixə düşmüş, Azərbaycanın qaz hasilatında tamamilə yeni bir fəsil açmışdır.

Şahdəniz yatağı bu gün Azərbaycanın qaz ixracının əsas mənbəyi kimi fəaliyyət göstərir. 30 il ərzində həyata keçirilən geoloji tədqiqatlar, texnoloji innovasiyalar və milyardlarla dollarlıq investisiyalar nəticəsinde yataq tam istismara verilmişdir.

Prezident İlham Əliyev çıxışında vurğuladı ki, Şahdəniz yalnız Azərbaycana deyil, həm də Avropa enerji bazarının sabitliyinə töhfə verən bir layihəyə çevrilmişdir. Müqavilənin 30-cu ildönümü bir sıra mühüm nailiyyətlərə baxış etmək üçün münasib tarixi fürsətdir. Bu dövr ərzində Azərbaycan qazı onlarla ölkəyə çatdırılmış, milyardlarla dollar gəlir əldə edilmiş, infrastruktur genişləndirilmişdir. Prezident İlham Əliyev həmçinin Azəri-Çıraq-Günəşli dərin qaz layihəsinə toxunaraq, ölkənin gələcək hasilat potensialının daha da artacağını bildirdi..

YAP Nizami rayon təşkilatının Analitik qrupu