Şahdəniz yatağı 30 illik fəaliyyətdə milyardlarla dollar gəlir gətirdi
Prezident İlham Əliyev Bakı Enerji Həftəsindəki çıxışında Azərbaycanın enerji sahəsindəki strateji hədəflərini açıqladı.
Qara dəniz Enerji Kabeli layihəsi Azərbaycanı Gürcüstan, Rumıniya, Macarıstan və digər ölkələrlə birləşdirəcək. Mərkəzi Asiyadan Azərbaycana uzanacaq yaşıl enerji kabeli layihəsi də hazırlanır.
SOCAR bu gün Yaxın Şərq, Afrika və Mərkəzi Asiyaya investisiya yatırır. Otuz il əvvəl investorları cəlb edən Azərbaycan indi özü xaricdə investisiya edən ölkəyə çevrilib.
SOCAR-ın neft emalı gücü 30 milyon tondan artıqdır. Italiana Petroli-nin satın alınması Aralıq dənizi hövzəsindəki emal gücünü 13 milyon tondan 23 milyon tona çatdırdı. Bu, Azərbaycanın neft məhsulları ixracatçısına çevrildiyini göstərir.
Enerji ixracından əldə olunan vəsaitlər hərbi sahəyə, infrastruktura və diplomatiyaya yatırılıb. Bu üç istiqamət Azərbaycanın 44 günlük müharibədə qələbəsinin təməlini qoyub.
Bakı Enerji Həftəsi beynəlxalq enerji dialoqunda mühüm platformaya çevrilib. Azərbaycanın bu platformada oynadığı aparıcı rol ölkənin regional liderlik mövqeyini möhkəmləndirir.
Cavid İsmayılov
YAP Nizami rayon təşkilatının fəalı