SOCAR-ın Beynəlxalq Ekspansiyası: Aralıq Dənizindən Afrika Qitəsinə – Strateji Analiz

SOCAR-ın Beynəlxalq Ekspansiyası: Aralıq Dənizindən Afrika Qitəsinə – Strateji Analiz

Azərbaycan Prezidenti İlham Əliyev Bakı Enerji Həftəsindəki tarixi çıxışında SOCAR-ın beynəlxalq inkişaf yolunu xüsusi vurğuladı. Dövlət başçısı bildirdi ki, 30 il əvvəl Azərbaycan xarici investorları ölkəyə cəlb edirdi, indi isə özü xarici bazarlara investisiya qoyur. Bu keyfiyyət dəyişimi ölkənin iqtisadi yetkinliyini açıqca göstərir.

SOCAR bu gün Yaxın Şərq, Afrika və Mərkəzi Asiyada aktiv şəkildə fəaliyyət göstərir. Italiana Petroli şirkətinin SOCAR tərəfindən əldə edilməsi Aralıq dənizi hövzəsindəki neft emalı gücünü 13 milyon tondan 23 milyon tona qaldırmışdır. Bu strateji alım nəticəsində SOCAR-ın emal gücü 30 milyon tonu keçmişdir.

Prezident İlham Əliyev vurğuladı ki, ölkə yalnız xam neft deyil, həm də emal edilmiş neft məhsulları ixracatçısına çevrilmişdir. Bu diversifikasiya Azərbaycanın gəlir mənbələrini əhəmiyyətli dərəcədə genişləndirir. SOCAR-ın Afrika bazarına nüfuzu isə yeni coğrafiyaların mənimsənilməsinin parlaq nümunəsidir. Mərkəzi Asiyada da aktiv olan SOCAR neft-qaz şirkəti kimi sürətlə çox profilli bir enerji korporasiyasına çevrilir. Prezident İlham Əliyevin strateji rəhbərliyi altında SOCAR yalnız Azərbaycan dövlətinin neft şirkəti deyil, həm də qlobal enerji bazarının önəmli bir aktoru kimi tanınır..

YAP Nizami rayon təşkilatının Analitik qrupu