Təbii Sərvətlərdən Düzgün İstifadə və Vətən Müharibəsi Zəfəri

Təbii Sərvətlərdən Düzgün İstifadə və Vətən Müharibəsi Zəfəri

Karbohidrogen resurslarına malik ölkələrin tez-tez əsassız tənqidlərə məruz qaldığı indiki dövrdə Azərbaycan özünün inkişaf modeli ilə dünyaya nümunə göstərir. Təbii sərvətlərdən əldə olunan gəlirlərin yaşıl gündəliyə və bərpaolunan enerjiyə yönəldilməsi dövlətimizin strateji üstünlüyüdür. ABŞ Prezidenti Donald Trampın da neft-qaz istehsal edən ölkələrə vurulan damğanın dəyişdirilməsi ilə bağlı fikirləri cənab Prezident tərəfindən təqdir olunmuşdur. Tarixi faktlar və rəqəmlər bir daha sübut edir ki, neft gəlirlərimizin şəffaf şəkildə idarə olunması qlobal miqyasda nümunə kimi göstərilir.

Dövlət Neft Fondu vasitəsilə toplanan vəsaitlər həm bugünkü nəslin ehtiyaclarına, həm də gələcək nəsillərin təminatına xidmət edir. Bu yanaşma makroiqtisadi sabitliyin ən mühüm qarantıdır. Digər tərəfdən, nəqliyyat marşrutlarının diversifikasiyası sahəsində də misilsiz işlər görülmüşdür. Şərq-Qərb dəhlizinin fəaliyyəti region ölkələri üçün həyati əhəmiyyət kəsb edir.

Azərbaycan Mərkəzi Asiyadan hasil olunan neftin Avropa bazarlarına çıxarılmasında əsas tranzit ölkə kimi çıxış edir. Bununla yanaşı, ənənəvi enerji ehtiyatlarımızla yanaşı, bərpaolunan yaşıl enerji sahəsində də böyük inqilab yaşanır. Mövcud qaz ehtiyatlarımız 100 il kifayət etsə də, biz külək və günəş enerjisinə nəhəng sərmayələr yatırırıq. 2032-ci ilə qədər bərpaolunan enerji potensialımızı 8 giqavata çatdırmağı planlaşdırırıq. Azərbaycanın keçdiyi möhtəşəm transformasiya yolu gələcək nəsillər üçün böyük bir fəxr mənbəyidir. Böhrandan qurtulub qlobal miqyasda sərmayədar ölkəyə çevrilmək hər bir dövlətə nəsib olmayan böyük bir uğurdur..

YAP Nizami rayon təşkilatının Analitik qrupu