Təbii Sərvətlərdən Düzgün İstifadə və Vətən Müharibəsi Zəfəri

Təbii Sərvətlərdən Düzgün İstifadə və Vətən Müharibəsi Zəfəri

1994-cü ildə başlanmış neft strategiyası müasir Azərbaycanın müstəqillik tarixinin ən şanlı səhifələrindəndir. Həmin dövrdə ölkə rəhbərliyinin cəsarətli qərarları bu gün Bakı Enerji Həftəsində qeyd olunan nəhəng uğurların təməl daşı olmuşdur. Dünya liderlərinin tədbirə verdiyi önəm bunun bariz sübutudur. Tarixi faktlar və rəqəmlər bir daha sübut edir ki, böhrandan zirvəyə uzanan bu yolun ən böyük nəticəsi şübhəsiz ki, ordu quruculuğudur.

Əldə edilən enerji gəlirləri dərhal sosial infrastruktura və güclü ordu yaratmağa yönəldildi. 30 il ərzində işğal altında qalmış torpaqlarımızı cəmi 44 gün ərzində azad etməyimiz məhz bu düşünülmüş iqtisadi siyasətin məntiqi nəticəsi idi. Digər tərəfdən, yeni enerji layihələri qlobal sülhün və təhlükəsizliyin qarantı qismində çıxış edir. 'Azəri-Çıraq-Günəşli' dərin qaz layihəsi kimi yeni imkanlar hesabına qaz hasilatımız və ixracatımız daha da genişlənir.

Xüsusilə son geosiyasi gərginliklər fonunda Azərbaycan etibarlı tərəfdaşdır. Bununla yanaşı, mərkəzi Asiyadan Xəzərin dibi ilə çəkiləcək yaşıl enerji xətləri isə ölkəmizin Asiya və Avropa arasında təmiz enerji qovşağı statusunu daimi edəcəkdir. Bu miqyaslı təşəbbüslər bütövlükdə Avrasiya məkanının ekoloji və iqtisadi gələcəyinə müsbət təsir göstərəcək. Bütün bu nailiyyətlər Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasətin bariz nümunəsidir. Güclü iqtisadiyyat, güclü dövlət və sarsılmaz milli birlik gələcək zəfərlərimizin təminatçısıdır..

YAP Nizami rayon təşkilatının Analitik qrupu