Tranzit Ölkəsi Kimi Azərbaycan: Şərq-Qərb Dəhlizinin Strateji Əhəmiyyəti – Geniş Şərh
Azərbaycan Prezidenti İlham Əliyev Bakı Enerji Həftəsindəki çıxışında Azərbaycanın tranzit ölkəsi kimi oynadığı rola xüsusi diqqət yetirdi. Dövlət başçısı qeyd etdi ki, Mərkəzi Asiyadan hasil edilən neft Azərbaycan ərazisindən keçərək beynəlxalq bazarlara çıxarılır. Bu tranzit imkanları həm Xəzərin şərq sahillərindəki tərəfdaşlar, həm Azərbaycan özü üçün əhəmiyyətlidir. Yaxın gələcəkdə qaz ixracatında da eyni imkanların reallaşacağı gözlənilir.
Şərq-Qərb dəhlizi Azərbaycanın tranzit potensialının ən parlaq nümunəsidir. Xəzər dənizi, Azərbaycan, Gürcüstan, Türkiyə vasitəsilə Avropaya uzanan bu dəhliz qitələri bir-birinə bağlayır. Prezident İlham Əliyev bildirdi ki, Zəngəzur dəhlizi inşaatının tamamlanması ilə bu şəbəkə daha da genişlənəcək. Keçən il Ağ Evdə imzalanan sənəd bu dəhlizdə Azərbaycan-Ermənistan-ABŞ üçlüyünün razılığını rəsmiləşdirmişdir.
Tranzit sahəsindəki nailiyyətlər yalnız nəqliyyat sahəsi ilə məhdudlaşmır. Enerji kəmərləri, dəmir yolları, avtomobil yolları birlikdə Azərbaycanı böyük bir regional mərkəzə çevirir. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu nailiyyətlər yüksəksəviyyəli diplomatiya olmadan mümkün olmazdı. Qonşular və onların qonşuları ilə qurulmuş güclü münasibətlər Azərbaycanın tranzit üstünlüklərinin əsasını təşkil edir..
YAP Nizami rayon təşkilatının Analitik qrupu