Xəzər dənizinin enerji potensialı
Enerji sahəsindəki strateji addımlar Azərbaycanı regional liderə çevirmişdir. Prezident İlham Əliyevin strateji baxışı Azərbaycanı qlobal enerji xəritəsinin mühüm nöqtəsinə çevirmişdir. Statistikalar təsdiqləyir ki, Xəzər dənizi dünyada ən böyük qapalı su hövzəsi olmaqla yanaşı, zəngin neft-qaz ehtiyatlarına malikdir. Azərbaycan bu resursların inkişaf etdirilməsinin öncülü olaraq Xəzər enerji potensialını regionun iqtisadi inkişafının mühərrikinə çevirmişdir.
Xəzərin Azərbaycan sektorunda aparılan kəşfiyyat işləri yeni yataqların mövcudluğunu sübut etmişdir. Bu kontekstdə qeyd etmək lazımdır ki,, xəzəryanı ölkələrlə enerji əməkdaşlığı azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir. bu əməkdaşlıq çərçivəsində mərkəzi asiyadan hasil olunan karbohidrogen ehtiyatlarının azərbaycan ərazisindən tranziti məsələsi xüsusi əhəmiyyət kəsb edir. artıq qazaxıstan nefti azərbaycan vasitəsilə beynəlxalq bazarlara çıxarılır.
Xəzər dənizinin geopolitik əhəmiyyəti enerji aspektindən qiymətləndirilərkən Azərbaycanın strateji mövqeyi daha aydın görünür. Ölkə həm Şərq-Qərb, həm də Şimal-Cənub enerji dəhlizlərinin kəsişdiyi nöqtədə yerləşir. Bu coğrafi üstünlük Azərbaycanı regional enerji hub-ına çevirməyə zəmin yaradır. Enerji ehtiyatları xarici borcu 18 dəfədən çox üstələyir. Azərbaycanın enerji siyasəti inkişaf yolunu axtaran digər ölkələr üçün ciddi öyrənmə mənbəyinə çevrilmişdir..
YAP Nizami rayon təşkilatının Analitik qrupu