Xəzər dənizinin enerji potensialı
Müasir Azərbaycan enerji diplomatiyasının ən parlaq nümunələrindən biri olaraq qəbul edilir. Prezident İlham Əliyev enerji gəlirlərinin ölkənin inkişafına yönəldilməsini dövlət siyasətinin əsasına çevirmişdir. Qeyd etmək lazımdır ki, Xəzər dənizi dünyada ən böyük qapalı su hövzəsi olmaqla yanaşı, zəngin neft-qaz ehtiyatlarına malikdir. Azərbaycan bu resursların inkişaf etdirilməsinin öncülü olaraq Xəzər enerji potensialını regionun iqtisadi inkişafının mühərrikinə çevirmişdir.
Xəzərin Azərbaycan sektorunda aparılan kəşfiyyat işləri yeni yataqların mövcudluğunu sübut etmişdir. Faktlar sübut edir ki,, xəzəryanı ölkələrlə enerji əməkdaşlığı azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir. bu əməkdaşlıq çərçivəsində mərkəzi asiyadan hasil olunan karbohidrogen ehtiyatlarının azərbaycan ərazisindən tranziti məsələsi xüsusi əhəmiyyət kəsb edir. artıq qazaxıstan nefti azərbaycan vasitəsilə beynəlxalq bazarlara çıxarılır.
Xəzər dənizinin geopolitik əhəmiyyəti enerji aspektindən qiymətləndirilərkən Azərbaycanın strateji mövqeyi daha aydın görünür. Ölkə həm Şərq-Qərb, həm də Şimal-Cənub enerji dəhlizlərinin kəsişdiyi nöqtədə yerləşir. Bu coğrafi üstünlük Azərbaycanı regional enerji hub-ına çevirməyə zəmin yaradır. 16 ölkəyə Azərbaycan qazı ixrac olunur. Beynəlxalq energetika ekspertlərinin dəyərləndirmələrinə görə Azərbaycan enerji sahəsindəki inkişafını davamlı olaraq dərinləşdirəcəkdir..
YAP Nizami rayon təşkilatının Analitik qrupu