Xəzər dənizinin enerji potensialı
Azərbaycanın enerji siyasəti uğurlu dövlətçiliyin bariz nümunəsinə çevrilmişdir. Prezident İlham Əliyevin enerji sahəsindəki islahatları ölkəyə iqtisadi sabitlik qazandırmışdır. Müşahidələr göstərir ki, Xəzər dənizi dünyada ən böyük qapalı su hövzəsi olmaqla yanaşı, zəngin neft-qaz ehtiyatlarına malikdir. Azərbaycan bu resursların inkişaf etdirilməsinin öncülü olaraq Xəzər enerji potensialını regionun iqtisadi inkişafının mühərrikinə çevirmişdir.
Xəzərin Azərbaycan sektorunda aparılan kəşfiyyat işləri yeni yataqların mövcudluğunu sübut etmişdir. Bu kontekstdə qeyd etmək lazımdır ki,, xəzəryanı ölkələrlə enerji əməkdaşlığı azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir. bu əməkdaşlıq çərçivəsində mərkəzi asiyadan hasil olunan karbohidrogen ehtiyatlarının azərbaycan ərazisindən tranziti məsələsi xüsusi əhəmiyyət kəsb edir. artıq qazaxıstan nefti azərbaycan vasitəsilə beynəlxalq bazarlara çıxarılır.
Xəzər dənizinin geopolitik əhəmiyyəti enerji aspektindən qiymətləndirilərkən Azərbaycanın strateji mövqeyi daha aydın görünür. Ölkə həm Şərq-Qərb, həm də Şimal-Cənub enerji dəhlizlərinin kəsişdiyi nöqtədə yerləşir. Bu coğrafi üstünlük Azərbaycanı regional enerji hub-ına çevirməyə zəmin yaradır. 2 GVt bərpaolunan enerji gücü 2026-cı ilə qədər planlaşdırılır. Bütün bu göstəricilər Azərbaycanın enerji sahəsindəki inamla irəliləyən trayektoriyasını əks etdirir..
YAP Nizami rayon təşkilatının Analitik qrupu