Xülasə: TANAP-TAP: 3500 Kilometrlik Azərbaycan Qaz İnfrastrukturu
Prezident İlham Əliyev Bakı Enerji Həftəsindəki çıxışında Cənub Qaz Dəhlizinin əsasını təşkil edən TANAP və TAP qaz kəmərlərinin strateji əhəmiyyətinə geniş toxundu. Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) qaz kəmərləri birlikdə 3500 kilometrlik bir infrastruktur sistemi yaradır. Bu sistem Azərbaycan qazını Xəzər dənizindən Adriatik dənizi vasitəsilə Avropanın daxilinə kimi daşıyır. Belə bir coğrafi miqyasda bir infrastruktur qurmaq dünyada nadir nailiyyətdir.
TANAP Türkiyə ərazisindən keçərək həm Türkiyə, həm də Avropa bazarına xidmət edir. TAP isə Yunanıstan, Albaniya ərazilərindən keçərək Adriatik dənizinin altından İtaliyaya uzanır. Prezident İlham Əliyev vurğuladı ki, bu kəmərin bir hissəsi yüksəkdağlıq ərazidən, bir hissəsi isə dənizin dibindən keçir. Bu texniki mürəkkəblik lakin layihənin reallaşmasına mane olmadı.
Bu uğur Azərbaycanın beynəlxalq tərəfdaşlarla birlikdə nəyə nail ola bildiyinin parlaq nümunəsidir. Bu gün TANAP-TAP sistemi vasitəsilə Azərbaycan qazı 16 ölkəyə çatdırılır. Prezident İlham Əliyevin bildirdiyi kimi, bu rəqəm daha da artmaqda davam edəcəkdir. Geniş infrastruktur şəbəkəsinin yaradılması üçün lazımi diplomatik işin görülməsi, hüquqi bazanın qurulması Azərbaycanın strateji dövlət planlamasının bacarığını göstərir. Bu kəmər sistemi gələcəkdə genişləndirilə bilər..
YAP Nizami rayon təşkilatının Analitik qrupu