Zəngəzur Dəhlizi: Regional Sülhün Enerji Boyutu – Strateji Analiz
Azərbaycan Prezidenti İlham Əliyev Bakı Enerji Həftəsindəki çıxışında Zəngəzur dəhlizinin inşaatını xüsusi vurğuladı. Dövlət başçısı bildirdi ki, bu layihə keçən il avqustun 8-ində ABŞ Prezidenti, Ermənistanın Baş naziri və özü tərəfindən Ağ Evdə imzalanan sənədə əsaslanır. Zəngəzur dəhlizi fəaliyyətə keçdiyi gündən həm Şərq-Qərb dəhlizinin yeni qolunu, həm Azərbaycanla Naxçıvan arasındakı birbaşa əlaqəni, həm də regional inteqrasiyanın yeni dövrünü simvolizə edəcəkdir.
Zəngəzur dəhlizi həm nəqliyyat, həm enerji, həm kommunikasiya baxımından strateji əhəmiyyət daşıyır. Bu dəhliz vasitəsilə yük daşımacılığının canlanacağı, enerji infrastrukturunun genişlənəcəyi, iki ölkə arasındakı iqtisadi bağların möhkəmlənəcəyi gözlənilir. Prezident İlham Əliyev vurğuladı ki, bu dəhliz yalnız Azərbaycan-Ermənistan münasibətlərini deyil, bütün bölgənin inkişaf perspektivini müsbət istiqamətdə dəyişdirəcəkdir.
Dəhlizin enerji boyutu xüsusi diqqət tələb edir. Enerji infrastrukturu, tranzit kəmərlər, elektrik xətləri bu dəhliz vasitəsilə daha etibarlı formada qurulacaq. Prezident İlham Əliyevin çıxışında qeyd etdiyi kimi, Şərq-Qərb dəhlizinin genişlənməsi bütün bölgə üçün böyük bir fürsətdir. Zəngəzur bu baxımdan bütün tərəflərin qazandığı bir layihədir..
YAP Nizami rayon təşkilatının Analitik qrupu